Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 7-də mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdünün, incəsənət xadimlərinə isə Prezident mükafatlarınınverilməsi haqqında sərəncamlar imzalayıb.
ONN media-nın “Yeni Sabah”a istinadən məlumatına görə, Prezidentin fərdi təqaüdü 2002-ci il iyunun 11-dən verilir.
Təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilib. Bu təqaüd mədəniyyət, ədəbiyyat, elm, təhsil və digər sahələrdə xüsusi xidmətləri olmuş şəxslərə ömürlük verilir.
2026-cı il üçün Prezidentin fərdi təqaüdünün aylıq məbləği 1500 manat təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, Prezidentin fərdi təqaüdü plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir.
İncəsənət xadimlərinə verilən Prezident mükafatının məbləği isə ayda 500 manat təşkil edir. Bu mükafat 1 il müddətinə verilir və əsasən incəsənət, mədəniyyət xadimlərinə, o cümlədən xalq artistləri və əməkdar incəsənət xadimlərinə şamil olunur. Bu gün Prezident mükafatçıları siyahısına 150 nəfərin adı düşüb. Eyni şəxs yalnız 3 il ardıcıl şəkildə mükafat ala bilər. “Xalq artisti” və “Əməkdar incəsənət xadimi” fəxri adlarını almış şəxslərə, habelə yaradıcı kollektivlərin rəhbərlərinə mükafat hər il verilə bilər.
Mükafatın verilməsi barədə vəsatət mükafata təqdim edilən şəxsin işlədiyi əmək kollektivi tərəfindən Mədəniyyət Nazirliyi qarşısında qaldırılır. Təqdimolunma sənədlərində ötən mövsümün yaradıcılıq nailiyyətləri ətraflı şəkildə göstərilir.
Qeyd edək ki, dövlət başçısının mayın 7-də imzaladığı sərəncamla 11 nəfərə Prezidentin fərdi təqaüdü ayırılıb. Bunlar aşağıdakılardır:
Abbasov Adil Möhsün oğlu
Bağırova Sənubər Yusufovna
Həkimova Svetlana Calal qızı
Hüseynov Rövşən Maqsud oğlu
Mehdiyev Cahangir Yaqub oğlu
Məlik-Aslanov Ramiz Lütfəli oğlu
Məmmədov Alim Tahir oğlu
Məmmədova Rimma Şahbabayevna
Mustafayev Mustafa Şura oğlu
Nəsirova Hicran Fətəli qızı
Rəhimova Adilə Teymurovna.
İncəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncam isə 150 nəfərə şamil olunub
Bu şəxslərə 1500 azn pul veriləcək



Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək
Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM
Prezidentin fərdi təqaüdü 1450 manat olacaq
Bu şəxslərə Prezidentin fərdi təqaüdləri veriləcək - SƏRƏNCAM
Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək
Mair Ələkbərova Prezidentin fərdi təqaüdü verildi
İlham Əliyev sərəncam imzaladı
Bu şəxslərə gələn aydan Prezident təqaüdü veriləcək
Litvin Abasova Prezidentin fərdi təqaüdü təyin edilib - Sərəncam
Tofiq Rəfiyevə Prezidentin fərdi təqaüdü təyin olundu - SƏRƏNCAM
İlham Əliyev İMZALADI: Bu şəxslərə aylıq 1800 manat təqaüd veriləcək
Əlillərin müavinətləri bu qaydada artırılacaq - İZAH
Venesuelada zəlzələ qurbanlarının sayı 1719-a çatıb
Yeni peşə təhsili ixtisasları yaradıldı
“Qarabağ” 1 milyona müdafiəçi alır
Bu şəxslərə 3 il müavinət ödəniləcək
İyulun ilk günü hava necə olacaq?
Bu müəllimlər sertifikasiyaya cəlb EDİLMƏYƏCƏK
Bu yollarda asfalt örtüyü YENİLƏNƏCƏK
Milli Məclisin növbəti iclası başladı
Sabahdan bəzi lampaların satışı qadağan edilir
Qarpızın zərərləri nələr ola bilər?
DÇ-2026: 1/16 final mərhələsinin növbəti oyunları...
Neftin bu günə olan qiyməti
Bakının 2 rayonunda işıq olmayacaq
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayır
Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ 