Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli 258 nömrəli və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” fərman imzalayıb. ONN media bildirir ki, fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün təsis edilmiş ayda 1500 (min beş yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdün məbləği 1800 manata qaldırılıb. Müəyyən edilib ki, Azərbaycanın Milli Qəhrəmanı adı ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü həmin şəxslərin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına və birinci növbədən digər qohumları olmayan baba və nənələrinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödəniləcək. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 300 (yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” 500 manata qaldırılıb.
İlham Əliyev İMZALADI: Bu şəxslərə aylıq 1800 manat təqaüd veriləcək



Bu şəxslərə aylıq 2000 manat təqaüd veriləcək - FƏRMAN
Bu ailələrə hər ay 500 manat Prezident təqaüdü veriləcək - DİQQƏT!
Bu şəxslərə verilən təqaüd artırıldı
Prezidentdən MÜHÜM FƏRMAN: Bu şəxslərə aylıq 300 manat PUL VERİLƏCƏK
Prezidentin fərdi təqaüdü 1450 manat olacaq
Şəhid ailəsi üçün Prezident təqaüdünü neçə nəfər alır? - RƏSMİ
Bu tələbələrə hər ay 210 manat təqaüd veriləcək - FƏRMAN
İlham Əliyev fərman imzaladı
Mair Ələkbərova Prezidentin fərdi təqaüdü verildi
Bu il şəhid ailələri və müharibə əlillərinə daha 700 ev veriləcək
Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək
İlham Əliyev sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 