Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədlərini uğurla təqdim edən namizədlərlə bu gündən – 8 iyun tarixindən müsahibə mərhələsinə start verilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.
Qeyd olunub ki, 15 aprel - 5 iyun tarixlərini əhatə edən sənəd qəbulu mərhələsində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün dünyanın 21 ölkəsinə aid 106 ali təhsil müəssisəsi üzrə 1221 namizəd müraciət edib. Müraciət edən namizədlərin 271 nəfəri dünya reytinq cədvəllərində ("Times Higher Education", "QS World University Rankings", “Academic Ranking of World Universities (Shanghai)”) top 10-da yer tutan ali təhsil müəssisələrindən qəbul əldə edib.
Qeyd edək ki, müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetləri üzərindən təqdim ediləcək.
Prezident İlham Əliyevin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı illik 500 nəfərədək müəyyən olunmuşdur. Kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edir.



Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin SİYAHISI
Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR
Dövlət hesabına xaricdə oxumaq istəyənlərin nəzərinə! - Qəbul başlayır
Xaricdə təhsil almaq istəyənlərə vacib məlumat
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
Xaricdə doktorantura oxumaq istəyənlərin DİQQƏTİNƏ!
Xaricdə təhsillə bağlı YENİLİK
Nazirlik məlumat yaydı - Sənəd qəbulunun vaxtı...
Təhsil Nazirliyindən tələbələrə şad xəbər
Müəllim işləmək istəyənlərin nəzərinə!
Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
İstanbul Bəyannaməsi imzalandı
Aşuranın vaxtı açıqlanıb
Güclü geomaqnit qasırğası olacaq
Kremldən Paşinyanın qələbəsinə reaksiya
İran XİN-in binasında güclü partlayış oldu
Azərbaycanda sabah yağış yağacaq
Məktəblərdə Tiktoka çıxış bloklandı
Azərbaycan bu Avropa ölkəsində səfirlik açır
Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı
Əhaliyə XƏBƏRDARLIQ - İyunun 10-na qədər...
Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
MM-də müzakirələr başladı
Paşinyan Azərbaycana çağırış etdi 