Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
ONN media TRT-yə istinadən xəbər verir ki, iki lider ABŞ-ın İranla bağlanan nüvə müqaviləsini birtərəfli şəkildə ləğv etməsi qərarını müzakirə edib.
Ərdoğan ABŞ-ın qərarını düzgün hesab etmədiyini, Ortaq Fəaliyyət Planının qorunmasının tərəfdarı olduğunu söyləyib.