ONN İnformasiya Agentliyi

Ərdoğandan ABŞ-a SƏRT CAVAB

Ərdoğandan ABŞ-a SƏRT CAVAB
12-06-2018, 11:05


ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiyadan alacağı S-400 havadan müdafiə sistemi haqqında "alın, amma istifadə etməyin" deyən ABŞ-a sərt cavab verib.

Ərdoğan "Oyun oynamağa halmız yoxdur, ABŞ-ın əlinəmi baxacağıq? Alacağıq və istifadə edəcəyik" sözlərini deyib.

TGRT kanalının xəbərlər proqramının canlı yayımında qonaq olan prezident ABŞ-dan alınacağı planlaşdırılan F-35 qırıcıları ilə bağlı da fikirlərini bildirib. O, Türkiyənin F-35 mövzusunda üzərinə düşən məsuliyyəti yerinə yetirəcəyini, ABŞ-ın geri çəkilməsi halında isə hüquqi yollara baş vuracağını söyləyib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png