ONN İnformasiya Agentliyi

Prezident İlham Əliyev nazirin vəfatı ilə bağlı başsağlığı verdi

Prezident İlham Əliyev nazirin vəfatı ilə bağlı başsağlığı verdi
24-06-2018, 15:02


Müdafiə sənayesi naziri Yavər Camalov 2018-ci il iyunun 23-də ömrünün 69-cu ilində vəfat edib.

ONN media  xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri Y. Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Nekroloqda qeyd edilir ki, Azərbaycan Respublikasında müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin uğurla həyata keçirilməsində Y. Camalovun özünəməxsus xidmətləri var:

“Onun bir nazir kimi rəhbərlik etdiyi dövr ərzində nazirliyin müəssisələrində çox sayda yeni istehsal sahələri yaradılmaqla yanaşı, qurumun müasir tələblərə uyğun səmərəli fəaliyyəti nəticəsində ölkədə hərbi təyinatlı məhsulların çeşidi artıb və keyfiyyəti yüksəlmiş, müdafiə sənayesinin idxaldan asılılığının aradan qaldırılması istiqamətində nailiyyətlər əldə olunub və ümumilikdə Azərbaycan Ordusunun müasir silah növləri ilə təmin edilməsi üçün zəruri addımlar atılıb.

Yavər Camalovun ölkənin iqtisadi inkişafındakı xidmətləri daim yüksək qiymətləndirilib. O, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş və müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib. Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Yavər Camalovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.  Allah rəhmət eləsin!”.

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Hacıbala Abutalıbov

Əli Əsədov

Akif Əlizadə

Zakir Həsənov

Ramil Usubov

Elçin Quliyev

Rövnəq Abdullayev

Xoşbəxt Yusifzadə

Yəhya Musayev

Tofiq Rəfiyev

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png