ONN İnformasiya Agentliyi

Prezident yol tikintisinə 11 milyon pul ayırdı

Prezident yol tikintisinə 11 milyon pul ayırdı
18-08-2018, 20:10


Prezident İlham Əliyev Lerik rayonunun Piran–Hamarat–Vıjaker avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

ONN media xəbər verir ki, sərəncama əsasən, doqquz min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən Piran–Hamarat–Vıjaker avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,3 milyon (on bir milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png