Azərbaycan prezidenti İlham Əliyev Pənah Hüseyn oğlu Süleymanovun Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
ONN media xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Baba Hacı-Baba oğlu Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilib. (oxu.az)