ONN İnformasiya Agentliyi

Kiyevdə parka Müslüm Maqomayevin adı veriləcək

Kiyevdə parka Müslüm Maqomayevin adı veriləcək
20-02-2019, 17:38

Ukraynanın paytaxtı Kiyevdə parklardan birinə Azərbaycanın opera və estrada müğənnisi, Xalq artisti Müslüm Maqomayevin adı veriləcək. ONN media xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası qərar verib. Qeyd olunub ki, M.Maqomayevin adı şəhərin Seçevıe Streltsı küçəsi ilə Vyaçeslav Çornovil prospektinin kəsişməsindəki, “Kiyevskaya Rus” kinoteatrının yaxınlığındakı bağa veriləcək. Bu qərar Azərbaycanın Ukraynadakı səfirliyinin təklifi əsasında qəbul edilib.(Trend)

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png