ONN İnformasiya Agentliyi

Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı məhdudiyyət varmı? – RƏSMİ

Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı məhdudiyyət varmı? – RƏSMİ
13 May 2020 - 17:47

Azərbaycan vətəndaşlarının xarici səfərləri ilə bağlı hansısa məhdudiyyət mövcud deyil.

ONN media  xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, mayın 31-dək beynəlxalq uçuşlar müvəqqəti dayandırılıb: “Müstəsna hallar olduqda, qarşı tərəf vətəndaşları qəbul etməyə hazırdırsa, səfərlərin təşkil olunması həyata keçirilir”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əlavə edib ki, ölkəmizdə tətbiq olunan karantin rejimi nəzərə alınaraq, vizaların diplomatik nümayəndəliklər, ASAN xidmət vasitəsilə verilməsi dayandırılıb: “Hazırda Azərbaycanın vizasız gediş-gəlişi olan ölkələr arasında da məhdudiyyətlər qüvvədədir. Vizaların verilməsi prosesi və məhdudlaşma qüvvədə qalmaqda davam edir”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png