ONN İnformasiya Agentliyi

Azərbaycanın səsləndirdiyi təkliflər… – Mirzoyan

Azərbaycanın səsləndirdiyi təkliflər… – Mirzoyan
23 Mart 2022 - 20:58

Azərbaycanın səsləndirdiyi təkliflərdə Ermənistan üçün qəbuledilməz heç nə yoxdur.

ONN media  xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan parlamentdəki çıxışında deyib.

O iddia edib ki, İrəvanın Bakıya cavabı nədənsə yanlış şərh olunur:

“Xüsusilə belə bir yanlış rəy təbliğ edilir ki, guya İrəvan Bakının təklifini rədd edib. Demək istəyirəm ki, Azərbaycanın təkliflərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. O ayrı məsələdir ki, bu təkliflər danışıqların bütün gündəliyini əks etdirmir. Hər şeyi əhatə edən sülh üçün biz öz təkliflərimizi əlavə etdik və ATƏT-in Minsk Qrupu həmsədrlərinə təqdim elədik. Ordan o təkliflər rəsmi Bakıya göndərilib. Hələlik Bakıdan cavab yoxdur”.

Ermənistanın təkliflərinə gəlincə, Mirzoyan bildirib ki, İrəvan üçün prinsipial məsələ sakinlərin hüquqları və “Dağlıq Qarabağ”ın statusudur. Buna isə Bakı hələ cavab verməyib.

Mirzoyan deyib ki, yuxarıda qeyd olunanların hamısını nəzərə almadan hər hansı bir gündəmi tam adlandırmaq mümkün deyil.

Qeyd edək ki, rəsmi Bakı Ermənistana 5 təklif irəli sürürb. Ermənistanın isə artıq mövcud olmayan “Dağlıq Qarabağ”ın “statusunu” gündəliyə daxil etmə cəhdi bu ölkənin hələ də işğalçılıq siyasətindən əl çəkməməsi və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi deməkdir.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png