ONN İnformasiya Agentliyi

Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət sanki azalıb- NOVRUZ MƏMMƏDOV

Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət sanki azalıb- NOVRUZ MƏMMƏDOV
23 Dekabr 2017 - 13:43

“Dünyada çox gərginlik var və bu gərginlik ATƏT-in Minsk qrupu ölkələrini də narahat və məşğul edir”. 

ONN media xəbər verir ki, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən müəyyən mənada demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət sanki azalıb: “Buna baxmayaraq, son vaxtlar həmsədrlərin regiona səfəri oldu. Onlar Azərbaycan prezidenti ilə görüşlər keçirdi. Aİ və ATƏT nümayəndələri də səfərlər etdilər və görüş keçirdilər. Proses gedir. Lakin həmişə olduğu kimi, Ermənistan tərəfi danışıqlar prosesinin qarşısını almağa can atır, ləngitməyə çalışır və bu istiqamətdə əlindən gələni etməyə cəhd edir”.

Prezidentin köməkçisi bildirib ki, bu ilin noyabrında Şərq Tərəfdaşlığı sammiti çərçivəsində qəbul edilən bəyannamədə ğlkələrin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərar böyük əhəmiyyət daşıyır: “Bu, əslində Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində gedən proseslərdə böyük qələbəsidir. Əgər indiyə kimi Avropa ölkələrinin mövqeyində ikili yanaşmalar olurdusa, bundan sonra olmayacaq. Bu da Minsk qrupu həmsədrlərinin də məsələnin həllinə diqqətini gücləndirəcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png