ONN İnformasiya Agentliyi

Elmar Məmmədyarov Əfqanıstanın yeni Səfirini qəbul edib

Elmar Məmmədyarov Əfqanıstanın yeni Səfirini qəbul edib
28 Noyabr 2018 - 15:22

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Xeyrullah Spelenayı qəbul edib. XİN-dən ONN media-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov səfir Xeyrullah Spelenayı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və Əfqanıstan arasında mövcud ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edildi və müxtəlif sahələrdə o cümlədən, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.

Səfir Xeyrullah Spelenay Azərbaycanın Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunmasında verdiyi töhfəni yüksək qiymətləndirib. O,  iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Səfir Xeyrullah Spelenay etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png