ONN İnformasiya Agentliyi

Fransadakı səfirliyimizdən XƏBƏRDARLIQ: Dekabrın 8-də…

Fransadakı səfirliyimizdən XƏBƏRDARLIQ: Dekabrın 8-də…
07 Dekabr 2018 - 21:48

Azərbaycanın Fransadakı səfirliyi artıq bir neçə həftədir davam edən etiraz aksiyalarının yaratdığı gərgin vəziyyətlə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarımıza sosial şəbəkə vasitəsilə müraciət edib.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, gərgin vəziyyətin davam etməsini nəzərə alaraq səfirlik Fransaya səfər edən və bu ölkədə olan Azərbaycan vətəndaşlarını baş verən iğtişaşlarla əlaqədar diqqətli olmağa, nümayişlərin keçirildiyi və “Sarı jilet”lilərin kütləvi şəkildə toplaşdığı məkanlara getməkdən çəkinməyə çağırıb.

Yerli KİV-lərdə gedən müzakirə xarakterli verilişlərə istinad edən səfirlik Azərbaycan vətəndaşlarına dekabrın 8-də evdən çıxmamağı məsləhət görüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png