ONN İnformasiya Agentliyi

Gələn həftə Qəzzada atəşkəsin başlayacağına ümid edirik – Bayden

Gələn həftə Qəzzada atəşkəsin başlayacağına ümid edirik – Bayden
27 Fevral 2024 - 11:42

ABŞ Prezidenti Cozef Bayden Qəzza sektorunda atəşkəs razılaşmasının gələn həftəyədək əldə olunacağına ümidini ifadə edib.

ONN media xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

“Milli təhlükəsizlik müşavirim atəşkəsə yaxın olduğumuzu deyir, lakin hələ ki, bu baş verməyib. Ümid edirəm ki, növbəti bazar ertəsi günü biz atəşkəsə nail olacağıq”, – deyə Cozef Bayden bildirib.

Bir müddət öncə İsrail girov mübadiləsinə hazır olduğunu bəyan edib. Razılaşma 40 israilli girov müqabilində 400 fələstinli məhbusun azad edilməsini nəzərdə tutur. Bundan əlavə, İsrail tərəfi gənc kişilər istisna olmaqla, mülki şəxslərin tədricən Qəzza sektorunun şimalına qayıtmasına icazə verə, həmçinin humanitar yardım axınını artıra bilər.

Mümkün razılaşmanın digər elementləri, o cümlədən atəşkəsin müddəti və İsrail ordusunun Qəzzadan tamamilə çıxarılmasına dair HƏMAS-ın tələbi hələ də müzakirə olunur.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dörd günlük humanitar atəşkəs əldə olunub. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb. /azərtac

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png