ONN İnformasiya Agentliyi

İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib

İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib
30 Noyabr 2018 - 10:49

ONN media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvilini təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli xanım Zurabişvili, Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png