ONN İnformasiya Agentliyi

İlham Əliyev Macarıstanın baş nazirini təbrik etdi

İlham Əliyev Macarıstanın baş nazirini təbrik etdi
23 Oktyabr 2023 - 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu ünvanlayıb.

ONN media məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Baş nazir,

Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Azərbaycan ilə Macarıstan arasında yüksək səviyyəli dövlətlərarası əlaqələr və uğurlu əməkdaşlıq məmnunluq doğurur.

Möhkəm dostluğun və tərəfdaşlığın yaxşı nümunəsi olan, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir.

Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətini və dəstəyini, aktual qlobal və regional məsələlərdə oxşar mövqelərdən çıxış etməsini xüsusi qeyd etmək istərdim.Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz arasında genişlənmiş strateji tərəfdaşlığın, həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvidə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png