ONN İnformasiya Agentliyi

İlham Əliyev: “Neokolonializmə qarşı mübarizə xarici siyasət istiqamətlərimiz arasında xüsusi önəm daşıyır”

İlham Əliyev: “Neokolonializmə qarşı mübarizə xarici siyasət istiqamətlərimiz arasında xüsusi önəm daşıyır”
04 Aprel 2024 - 15:24

“Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır”.

ONN media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında səsləndirib.

Bir müddət əvvəl Bakı Təşəbbüs Qrupunun yaradıldığını xatırladan dövlətimizin başçısı deyib ki, bu qurumun əsas məqsədi kolonializmin, yəni, müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png