ONN İnformasiya Agentliyi

Nazir İran-Azərbaycan münasibətlərindən danışdı

Nazir İran-Azərbaycan münasibətlərindən danışdı
04 Noyabr 2021 - 15:39

Azərbaycanın uzun illər ərzində xarici siyasətində əsas prioritetlərdən biri bütün ölkələrlə, o cümlədən qonuş dövlətlərlə yüksək səviyyədə dostluq münasibətlərinin qurulması və inkişaf etdirilməsidir. Bu illər ərzində də Azərbaycan-İran münasibətləri məhz bu istiqamətdə inkişaf edib. Son illər ərzində iki ölkə arasında çoxsaylı birgə layihələr həyata keçirilib.

ONN media bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir neçə ay bundan öncə bir sıra məqamlar mövcud olub:

“Onlar əsasən Azərbaycanın Qarabağ bölgəsinə İrandan avtomobillərin daxil olması ilə bağlı idi. Bununla bağlı İran tərəfinə narazılığımızı çatdırmışdıq. Ancaq buna baxmayaraq, belə hallara rast gəlinmişdi. Daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri həyata keçirilən zaman İran şirkətlərinə məxsus iki sürücünün qanunsuz olaraq ərazimizə daxil olması aşkarlanmışdı. Həmin sürücülər isə saxlanılmış, avtomobillər isə müsadirə edilmişdi. Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlarımız davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olunub. Eyni zamanda, Azərbaycan tərəfi humansit addım ataraq həmin nəqliyyat vasitələri və sürücüləri İran tərəfinə təhvil verilib. Azərbaycan hər zaman bütün məsələlərin dialoq, qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipləri əsasənda qurulmasının və həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə işlər davam edəcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png