ONN İnformasiya Agentliyi

Prezident Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış olub

Prezident Moskvada Rusiya ilə əməkdaşlığa həsr olunmuş sərgi ilə tanış olub
23 Fevral 2022 - 14:11

Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Moskva şəhərində Rusiyanın TASS İnformasiya Agentliyinin ofisi qarşısında “TASS və AZƏRTAC-ın kadrları ilə Rusiya və Azərbaycanın 30 illik diplomatik münasibətləri” adlı sərgi ilə tanış olublar.

ONN media xəbər verir ki, dövlət başçısını TASS İA-nın Baş direktoru Sergey Mixaylov və bir sıra rəsmi şəxslər müşaiyət edib.

TASS ilə AZƏRTAC-ın birgə layihəsi olan sərgidə Azərbaycanla Rusiya arasında dostluğun, siyasət, iqtisadiyyat, hərb, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığın yaxın tarixini əks etdirən 20-dək şəkil nümayiş olunur.

TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusman ali qonaqlara sərgidəki fotolar haqqında məlumat verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png