ONN İnformasiya Agentliyi

Tacikistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Tacikistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
26 Noyabr 2018 - 15:52

İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.

Nazirlikdən ONN media-ya bildirilib ki, görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında tarixi və mədəni yaxınlığı vurğulayıb, əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, ticarət əlaqələrimiz inkişaf edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ölkələrimiz arasında Hökumətlərarası Komissiya fəaliyyət göstərir, birgə tədbirlər təşkil edilir. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb, sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, İKT, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb. Azərbaycanın əlverişli geostrateji mövqedə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, ölkəmizin böyük tranzit potensialını diqqətə çatdıran Şahin Mustafayev Tacikistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, Tacikistanın ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə biləcəyini diqqətə çatdırıb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb. Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev Azərbaycan-Tacikistan əlaqələrinin inkişaf etdiyini, Azərbaycanın Tacikistanın ən yaxşı tərəfdaşlarından olduğunu vurğulayıb, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa dair fikirlərini bölüşüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png