Bakının Mir Cəlal və Hüseyn Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün paytaxtın Nəsimi rayonunun 1,2,3,4,5-ci mikrorayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
ONN media xəbər verir ki, "Azərsu" ASC yaranacaq narahatlıqla əlaqədar qurum abunəçilərdən üzr istəyir.