ONN media xəbər verir ki, Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Kombinatı adlanan ərazidə payizin gəlişi ilə problemlərdə yaranmağa başlayıb.
Hadisə şahidləri bildirib ki, yağan yağışın suyu və boruda yaranan nasazlıq ucbatından səhər gözlərini belə mənzərə ilə açıblar.
Qeyd edək ki, sözü gedən ərazi 71 saylı tam orta məktəbin ərazisidir və gün ərzində bu yol şagirdlərin gediş-gəlişi üçün tək yoldur.