ONN İnformasiya Agentliyi

Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edildi

Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edildi
03 Dekabr 2021 - 13:59

Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən 5 noyabr tarixindən 3 dekabr tarixinə qədər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 1307 nəfərə amnistiya aktı tətbiq edilib.

ONN media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov məlumat verib.

O bildirib ki, qərarın icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1158, məhkəməyə verilən 1414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında amnistiya aktı tətbiq edilib: “Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak edən məhkumlardır”.

“Amnistiya tətbiq olunmuş şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlər cəzasından azad edilən məhkumlardır. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 15 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb” – Aynur Sabitova qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png