ONN İnformasiya Agentliyi

BDU-nun Jurnalistika fakültəsi Budulaya hücumdan sonra hərəkətə keçdi

BDU-nun Jurnalistika fakültəsi Budulaya hücumdan sonra hərəkətə keçdi
05 Noyabr 2020 - 14:22

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professor-müəllim heyəti beynəlxalq qurumlar və beynəlxalq jurnalist təşkilatlarına bəyanat ünvanlayıb.

ONN media  xəbər verir ki, bəyanatda Azərbaycan ordusunun sentyabrın 27-də erməni təxribatına qarşı başladığı əks-hücum əməliyyatları ilə bağlı dünya ictimaiyyətinin düzgün məlumatlandırılması istiqamətində hazırlanmış obyektiv, qərəzsiz reportaj və süjetlərin erməni lobbisi tərəfindən təhdid və təzyiqlə qarşılandığı vurğulanıb.

Bəyanatda qeyd olunur: “30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamaqla Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayıb, qeyri-konstuktiv addımları ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəni nizamlamaq üçün aparılan diplomatik danışıqları səmərəsiz edib.

Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, bu münaqişənin həm tarixi, həm də hüquqi-siyasi mahiyyəti barədə obyektiv təsəvvürün formalaşmasında beynəlxalq medianın rolunun olduqca önəmlidir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professor-müəllim heyəti jurnalistikanın obyektivlik, dəqiqlik və qərəzsizlik kimi ali prinsiplərinin rəhbər tutulmasının vacibliyini nəzərə çatdırır, beynəlxalq jurnalist qurumlarını məsələyə münasibət bildirməyə, erməni diasporu və lobbisinin media qurumlarına, ayrı-ayrı jurnalistlərə qarşı təhdidlərinə, zorakı hərəkətlərinə son qoymağa çağırırlar.

Fransanın TF1 telekanalının müxbiri Liseron Budulanın Gəncə, Tərtər və Bərdədə Ermənistan Silahlı Qüvvələrinin mülki əhalimizi artilleriya və raket atəşinə tutması barədə hazırladığı reportajdan sonra ölüm təhdidləri, təhqir mesajları ilə üzləşməsi erməni diasporu və lobbisinin azad sözə qarşı növbəti hücumlarındandır”.

Bəyanat erməni lobbisinin Ermənistanın Azərbaycana hərbi təcavüzünü obyektiv işıqlandıran beynəlxalq media qurumlarına və jurnalistlərə təzyiq göstərməsi ilə bağlı Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinə, Beynəlxalq Mətbuat İnstitutuna, Jurnalistləri Müdafiə Komitəsinə, Sərhədsiz Reportyorlar Təşkilatına, Beynəlxalq Jurnalistlər Federasiyasına, Avropa Jurnalistlər Federasiyasına, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Media Dəstəyi Təşkilatına və “Article 19” Təşkilatına ünvanlanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png