ONN İnformasiya Agentliyi

Məsumə Talıbovaya yüksək vəzifə verildi

Məsumə Talıbovaya yüksək vəzifə verildi
04 Noyabr 2020 - 15:04

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni təyinat olub.

ONN media  xəbər verir ki, qurumun icraçı direktoru Vüsal Qasımlının əmri ilə İqtisadi təhlil və analitik- informasiya departamentinin baş analitiki Məsumə Talıbova Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri vəzifəsinə təyin olunub.

Məsumə Talıbova İİTKM-də 2016-cı ildən fəaliyyət göstərir. O, bu günə qədər qurumda mütəxəssis, analitik, baş analitik vəzifələrində çalışıb, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyində də iş təcrübəsində malikdir.

M.Talıbova Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr, Beynəlxalq Maliyyə üzrə magistr məzunudur, hazırda Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində maliyyə sahəsi üzrə doktorantura təhsilini davam etdirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png