ONN İnformasiya Agentliyi

“Twitter” Ceyhun Bayramovun hesabını bərpa etdi

“Twitter” Ceyhun Bayramovun hesabını bərpa etdi
05 Noyabr 2020 - 9:36

Xarici İşlər naziri Ceyhun Bayramovun tvitter hesabı yenidən aktivləşib.

xxx

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter” hesabı bloklanıb.

Müharibə şəraitində olan ölkənin XİN rəhbərinin hesabının bloklanması azərbaycanlı istifadəçilərin etirazına səbəb olub.

Belə ki, nazir Azərbaycana qarşı olan erməni təxribatı və siyasi fəaliyyəti ilə bağlı operativ olaraq məlumatlar paylaşırdı. Belə durumda XİN rəhbərinin hesabının bloklanmasın səbəbi qaranlıq olaraq qalır.

Qeyd edək ki, “Twitter” istifadəçiləri kütləvi aksiya başladıblar və sosial şəbəkənin texniki heyətinə müraciət ünvanlayıblar ki, müharibə aparan ölkənin xarici İşlər nazirinin rəsmi hesabının bağlanması səhvdir.

Bildirək ki, Ceyhun Bayramovun tvitterdə 77 min izləyicisi var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png