ONN İnformasiya Agentliyi

Ən yüksək bal 59, ən aşağı isə…

Ən yüksək bal 59, ən aşağı isə…
18 İyul 2018 - 16:07

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində iştirak edən namizədlərdən 95 nəfəri 5-10 bal arasında nəticə göstərib.

ONN media xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, iyulun 16-dan başlayan imtahanda bu günə qədər 7800 nəfər iştirak edib.

"Onların arasında, yəni 7800 ali təhsilli namizəd arasında ən yüksək nəticə göstərən 59 baldır, ən aşağı nəticə göstərən isə 5 bal toplayıb".

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png