ONN İnformasiya Agentliyi

1 həftəlik tətilə görə tədris ili uzadılmayacaq- RƏSMİ

1 həftəlik tətilə görə tədris ili uzadılmayacaq- RƏSMİ
05 Mart 2020 - 12:05

Təhsil Nazirliyi koronavirus epidemiyasının yayılmasına qarşı preventiv tədbir olaraq 3-9 mart tarixlərində ümumtəhsil məktəblərində müvəqqəti dayandırılmış dərslərin növbəti günlərdə necə kompensasiya ediləcəyini açıqlayıb.

 ONN media xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə məlumat yayıb. Bildirib ki, indiki şəraitdə bu məsələ ilə bağlı tədris ilinin uzadılması nəzərdə tutulmur:

“Buraxılmış dərslərin (5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 4 gün, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 5 gün) kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır. Kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənnlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png