ONN İnformasiya Agentliyi

124 saylı məktəbdə Əlifba bayramı

124 saylı məktəbdə Əlifba bayramı
08 İyun 2018 - 18:28

Bakı şəhəri, Xəzər rayonunn Şağan qəsəbəsi 124 saylı tam orta məktəbin 1-ci sinifinin müəllimi Tapdıqova Elmiranın sinifində Əlifba bayramı keçirilmişdir.
Tədbirdə ilk olaraq uşaqlar Azərbaycan Respublikasının Dövlət himnini səsləndirdilər. Sonra aparıcı qız çıxış edərək tədbirin proqramı və məktəbin ənənələri barədə danışdı. Çıxışdan sonra uşaqlar müəlliməyə aid “Əldə qələm tutmağı” mahnısını oxudular.
Tədbirdə müəllimə çıxış edərək öz sevinc və fərəh dolu təəsüratlarını bölüşdü. Uşaqlar qız-oğlan “Naz eləmə” rəqsini oynadılar. Səhnəyə əlifba hərfləri gəldi.
Balacaların hər birisi əllərində tutduqları rəngarəng əlifba hərfləri ilə səhnədə gözəl bir mənzərə yaratdı. Onlar öyrəndikləri maraqlı şerlərini və rəqəmlərə aid tapmacaları dedilər. Sonra “Tərəkəmə”, “Lalələr” rəqslərini oynadılar. Məktəbin direktoru Abdullayeva Sevda müəllimə və direktorun müavini Xəyalə müəllimə uşaqları əlifba bayramı münasibətilə təbrik etdi. Onlar bildirdilər ki, hər belə tədbir məktəb üçün əsl bayrama çevrilir. Tədbirin sonunda uşaqlar müxtəlif rəqsləri ifa etdilər.
Elvin Abbaslı 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
124 saylı məktəbdə Əlifba bayramı
124 saylı məktəbdə Əlifba bayramı

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png