ONN İnformasiya Agentliyi

Bu ölkədə təhsil vizası QAYDALARI dəyişdi

Bu ölkədə təhsil vizası QAYDALARI dəyişdi
28 İyun 2018 - 16:54

İtaliyanın Azərbaycandakı səfirliyi İtaliyada təhsil vizasına müraciət etmək üçün lazımlı sənədlər siyahısında dəyişkilik edib.

Səfirlikdən ONN media-ya verilən məlumat da bildirilir ki, viza almaq üçün müraciət edən tələbələr İtaliya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məbləğdə (illik 5.889 Avro) maliyyə vəsaitinə malik olmasına dair bank arayışı təqdim etməlidir.

Məlumatda bildirilir ki, tələbə bu maliyyə vəsaitini göstərmək üçün İtaliya banklarının birində və ya "Yapı Kredi Bank Azərbaycan" bankında cari hesabı üzrə arayış təqdim etməlidir.

“Həmin vəsait ən azı viza sorğusuna cavab verilənədək hesabda qalmalıdır. Və yaxud tələbə Azərbaycanda fəaliyyət göstərən istənilən bankdan son 6 (altı) ayın bank əməliyyatlarını özündə əks etdirən arayış təqdim etməlidir. Maliyyə vəsaitindən əlavə tələbənin İtaliyada təhsil almaqda şəxsi hazırlığını, eləcə də ümumi şəxsi və ailəvi vəziyyətini diqqətə alacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png