ONN İnformasiya Agentliyi

Bu universitetdə dərslər davam etdiriləcək – Rektor AÇIQLADI

Bu universitetdə dərslər davam etdiriləcək – Rektor AÇIQLADI
11 Mart 2020 - 13:38

“Əziz UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) tələbələri, koronavirusla bağlı zəruri tədbirlərin görülməsilə əlaqədar dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə sabahdan UNEC-də bütün dərslər distant formada təşkil ediləcək”.

ONN media xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov sosial media hesabından açıqlayıb.

O bildirib ki, tətbiq ediləcək distant təhsil əyani təhsilin alternativi kimi düşünülüb: “Distant təhsilə qoşulmaq üçün mobil telefon interneti kifayətdir. Distant formada təşkil edilən dərslər müvafiq proqramla nəzərdə tutulmuş dərsləri əvəz edəcək. Sistemə qoşulan tələbə avtomatik olaraq elektron jurnalda “iştirak edir” kimi qeydiyyata alınır. Hər bir tələbə müəllimə distant dərs zamanı sual vermək imkanına malikdir. Müəllimin distant formada oxuduğu mühazirəsi avtomatik olaraq yazılacaq və hər bir tələbə həmin mühazirəni dərsdən sonra da dinləyə və görə biləcək. Dərs cədvəli və bununla bağlı ətraflı məlumat bu gün hər birinizin şəxsi kabinetinə göndəriləcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png