ONN İnformasiya Agentliyi

Bugünkü imtahanda bir sualın iki cavabı olub – Ekspert AÇIQLADI

Bugünkü imtahanda bir sualın iki cavabı olub – Ekspert AÇIQLADI
26 İyul 2018 - 16:54

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərin II və III ixtisas qrupları üzrə keçirilən imtahanda səhv sual olub.

ONN media xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov paylaşıb.

Onun sözlərinə görə, II ixtisas qrupu üzrə 91-ci sualda səhv aşkarlanıb. Bir test tapşırığının iki doğru cavabı olub.

"Testin A və C bəndlərinin hər ikisi doğru cavabdır. Dövlət İmtahan Mərkəzi mütəxəssisləri iddia edə bilməzlər ki, burada abituriyent tam cavabı seçməlidir. Burada hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir".

K.Əsədov bildirib ki, bu gün ali məktəblərə qəbul imtahanlarında III ixtisas qrupunda abituriyentlərə təqdim olunmuş testdə orta məktəb dərsliyində olmayan faktlar yer alıb.
Belə ki, III ixtisas qrupu üzrə 73 saylı açıq test tapşırığında olan faktlar. Gürcüstanda səfirlik faktı dərslikdə yoxdur. Düzdür, bu fakt Azərbaycan Xalq Cümhuriyyəti bölməsində var, amma müasir Azərbaycan Respublikası bölməsində verilməyib. Yəni dərslikdə olmayan faktı məntiqi nəticə kimi cavab kimi seçmək olmaz. Bu test tapşırıqları ulduz ilə qeyd olunub abituriyentlərin xeyrinə həll olunmalıdır".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png