ONN İnformasiya Agentliyi

Dərslər yenə təxirə salına bilər

Dərslər yenə təxirə salına bilər
13 Mart 2020 - 23:24

“Təhsil ocaqlarında dərslər martın 27-dək dayandırılıb. Həmin vaxta bir neçə gün qalmış vəziyyət yenidən qiymətləndiriləcək və ola bilər ki, təhsil müəssisələri ilə bağlı əlavə qərar verilsin”.

ONN media xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, martın 27-nə yaxın bir vaxtda məsələ yenidən müzakirə oluna bilər.

Qeyd edək ki, martın 14-ü saat 00:00-dan ölkədə 1 aylıq xüsusi rejim tətbiq olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png