ONN İnformasiya Agentliyi

Hazırlıq qruplarına qəbul balı ilə bağlı xəbər var

Hazırlıq qruplarına qəbul balı ilə bağlı xəbər var
01 May 2019 - 14:18

“Ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı müzakirələr hələ də aidiyyəti orqanlarda davam edir”.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, hazırlıq qruplarına qəbul üçün bal müəyyənləşdirilib: “Abituriyentlər bu balı topladıqları zaman istəklərinə uyğun olaraq həmin hazırlıq qruplarında oxuyacaqlar. Hazırlıq qruplarında təhsil aldıqdan sonra yenidən qəbul imtahanlarında iştirak edərək ali məktəblərə qəbul olunacaqlar. Ali məktəblərə hazırlıq qruplarının yaradılması təşəbbüsü ali məktəblərinin özündən də asılıdır”.

M.Abbaszadə bildirib ki, builki qəbul prosesi mövcud qaydalar əsasında keçirilir: “Hazırlıq qrupları ilə bağlı qaydalar təsdiq edildikdən sonra onun tətbiqi mexanizmi barədə açıqlama verəcəyik. Yaxşı olardı ki, yeni qaydalar sentyabr ayında qəbul edilsin ki, həmin ilin abituriyentləri bu qaydaları əvvəlcədən bilsinlər. O zaman biz də maarifləndirmə işini düzgün və vaxtında qura bilərik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png