ONN İnformasiya Agentliyi

Hüseyn Cavid 135

Hüseyn Cavid 135
14 Noyabr 2017 - 22:18

ONN media xəbər verir ki, noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Pedaqoji Kollecdə dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş “Mənim tanrım gözəllikdir, sevgidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə kollecin kollektivi ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları, 82 nömrəli orta məktəbin müəllimləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları kollecin foyesində H.Cavidə həsr olunmuş filmi izləyib, sərgi ilə tanış olublar.

Tədbirdə kollecin məktəbəqədər təlim və tərbiyə şöbəsinin müdiri Təhminə Əsgərova Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 24 oktyabr tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Sərəncama əsasən ölkəmizdə silsilə tədbirlərin təşkil olunduğu vurğulanıb.

Sonra Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin müəllimi Nərgiz Fətiyevanın “Poeziyada əbədiləşən ömür” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, H.Cavid Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan və çoxəsrli şeirin ən yaxşı ənənələrini inkişaf etdirən, zənginləşdirən dahi söz ustadlarımızdandır.

Kollecin tələbələri “Mənim tanrım gözəllikdir, sevgidir” adlı ədəbi-bədii kompozisiya göstəriblər.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png