ONN İnformasiya Agentliyi

İmtahanların vaxtı niyə dəyişdi?

İmtahanların vaxtı niyə dəyişdi?
21 Fevral 2019 - 11:45

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının vaxtının dəyişdirilməsinə münasibət bildirib.
 
ONN media xəbər verir ki, DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, I və IV ixtisas qrupları üzrə imtahan gününün dəyişdirilməsi I ixtisas qrupu üzrə qabiliyyət imtahanlarının keçirilməsinin, o cümlədən, yazılı cavab vermək tələb olunan işlərin yoxlanılmasının müəyyən qədər vaxt tələb etməsi ilə əlaqədardır:
 
“Ona görə də iyunun 30-da keçirilməsi nəzərdə tutulan I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə yay qəbul imtahanı iyunun 23-də keçiriləcək. I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanın mayın 12-nə keçirilməsi isə onunla əlaqədardır ki, iki imtahan (yaz və yay) günü arasında lazımi qədər vaxt yaransın və abituriyentlər imtahana daha rahat şəkildə hazırlaşa bilsinlər”.
 
“Bundan əlavə, iyunun sonlarında ölkədə beynəlxalq əhəmiyyətli digər tədbirlərin də keçirilməsi nəzərdə tutulub. Qəbul imtahanları kütləvi xarakter daşıdığı üçün, digər beynəlxalq tədbirlərlə eyni vaxtda keçirilməsi məqsədəuyğun hesab edilmir”, – deyə Xanlar Xanlarzadə qeyd edib.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png