ONN İnformasiya Agentliyi

Maliyyə Nazirliyi AMEA-da nöqsanlar aşkarlayıb

Maliyyə Nazirliyi AMEA-da nöqsanlar aşkarlayıb
15 Avqust 2018 - 21:24

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirləri zamanı Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyində olan elmi-tədqiqat institutlarında aparılan nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.

ONN media xəbər verir ki, “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq satınalma metodlarından istifadə etmədən malların (iş və xidmətlərin) satın alındığı aşkarlanıb.

Bəzi hallarda müvafiq xərc maddələrində nəzərdə tutulan vəsaitlərin hissələrə bölünərək tender əvəzinə katirovka sorğularının keçirildiyi, beynəlxalq konfransların keçirilməsi ilə əlaqədar hədiyyələrin paylanması və ziyafətlərin verilməsi barədə tərtib edilən hesabatlara Azərbaycan Respublikası tərəfindən iştirak edən şəxslərin də adlarının daxil edildiyi, ezamiyyə qaydalarının pozulması hesabına artıq ezamiyyə xərclərinin ödənildiyi və mühasibat uçotunun tələb edilən səviyyədə aparılmadığı kimi nöqsanlara yol verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png