ONN İnformasiya Agentliyi

13 yaşında uşaq görün nə etdi /FOTOLAR

13 yaşında uşaq görün nə etdi /FOTOLAR
18 Aprel 2019 - 20:15

Amerikanın Lova əyalətində yaşayan 13 yaşlı Luke Thill yaşıdlarına ilham verəcək bir şey edib.

ONN media  bildirir ki, Luke Thill son zamanlarda “Tiny Houses” yəni “Kiçik evlər”adı altında açdığı “Youtube” kanalı ilə məşhurlaşıb. Thilli daha məşhur edən isə 13 yaşında olmasına baxmayaraq tikdiyi ev olub.

Daha kiçik yaşlarından evinin həyətində özünə aid kiçik bir ev tikmək istəyən uşaq 500 dollar xərcləyərək bu xəyalına qovuşa bilib.

Öz “Youtube” kanalında açıqlama verərək bir yay günü sıxıldıqda belə bir ev inşa etmək qərarına gəldiyini bildirib.

Luke evi tikmək üçün lazım olan pulu yığmaq məqsədilə bir çox işlərdə işləyib. Bir qədər araşdırma etdikdən sonra evin inşasına başlayıb. Bu zamanda yaxın dostları və ailəsi də ona böyük dəstək olub.

Evin tikintisində lazım olan materialların çox hissəsini o, nənəsinin istifadə olunamayan evinin həyətindən götürüb.

8 kvadratmetrlik evin uzunluğu 3 metr, genişliyi isə 1.5 metrdir. İçində mikrodalğalı soba, televizor və yataq olan bu ev bir çox gəncin xəyalıdır. Hazırda 15 yaşında olan Luke zamanın çox hissəsini burada keçirir.(metbuat)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
13 yaşında uşaq görün nə etdi /FOTOLAR
13 yaşında uşaq görün nə etdi /FOTOLAR
13 yaşında uşaq görün nə etdi /FOTOLAR
13 yaşında uşaq görün nə etdi /FOTOLAR
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png