ONN İnformasiya Agentliyi

Günəş tutuldu, bu bürclərin bəxti açıldı: 4 il boyunca…

Günəş tutuldu, bu bürclərin bəxti açıldı: 4 il boyunca…
13 Aprel 2024 - 14:49

Günəş tutulmaları astrologiya həvəskarları üçün mühüm hadisədir. İlin ilk Günəş tutulması 8 aprel 2024-cü il bazar ertəsi günü baş verib. Göydəki bu hadisə astrologiya ilə bağlı bürclərə də təsir edəcək. Bu tutulmanın hansı bürclərə təsir edəcəyi və bu təsirlərin nə qədər davam edəcəyi də bəlli olub. Bürclər astroloji cəhətdən əhəmiyyətli bir dövrə girəcək və təxminən 4 il tutulmanın təsirini hiss edəcəklər. 

QOÇ:
Bu tutulma həyatınızın hər sahəsində sizə təsir etmək gücünə malikdir. Xüsusilə keçmişdə nə etmək istəmisiniz və alınmayıbsa, bu tutulma sizin üçün bir fürsət ola bilər. Yeni üsluba keçə bilərsiniz, plastik əməliyyat etdirə bilərsiniz, subaysınızsa evlənə bilərsiniz, əgər evlisinizsə, uşaq sahibi olmaq potensialınız kifayət qədər yüksəkdir. Yeni bir iş əldə edə və ya həyatdan daha çox zövq almağınıza səbəb olacaq hadisələrlə qarşılaşa bilərsiniz. Ancaq diqqətli olmağınız lazımdır. Tələsik davranmamalı və hər kəsə güvənməməlisiniz. Yaxın 4 ildə bu tutulmanın müsbət təsirini çox hiss edəcəksiniz. 
ŞİR:
Günəş tutulması ilə özünüz üçün yeni bir həyata başlamağa hazırlaşsanız yaxşı olar. Bu səbəblə həyat sizə xaricə getmək, akademik həyatına başlamaq, imtahanlarda müvəffəqiyyətli olmaq, hüquq məsələlərində uğur qazanmaq şansı verə bilər ki, bunların hamısı 4 il ərzində taleyüklü təsirini yaşamağınıza səbəb olacaq. Əgər imtahanı təxirə salmısınızsa, keçə bilərsiniz, yarımçıq qoyduğunuz təhsil həyatına qayıda bilərsiniz, bacı-qardaşlarınızın, əmioğlularınızın, övladlarınızın, qohumlarınızın toylarında, nişanlarında iştirak edə bilərsiniz. Səhnədə özünüzü göstərəcəyiniz bir tutulma yaşaya bilərsiniz. İlahi qüdrət tərəfindən dəstəkləndiyiniz bir tutulmaya hazır olun. 
OXATAN: 
Bu tutulma, öz istedadlarınızı kəşf etmək və həyatdan daha çox həzz almaq üçün xoş hisslər yaşamağınıza səbəb ola bilər. Evlisinizsə, övladlarınızla bağlı taleyüklü dönüş nöqtələri yaşaya bilərsiniz; subaysınızsa, keçmiş tərəfdaşınız və ya uşaqlıq dostlarınızla bağlı gündəmlər ola bilər. Övladlarınızın akademik həyatı, xarici əlaqələr və imtahanlarla bağlı gündəmləriniz ola bilər. Bütün bunlar baş verərkən, özünüzdə saxladığınız potensialları görə bilərsiniz. Əgər subaysınızsa, səfərdə və ya təhsil həyatınızda sevgi tapa bilərsiniz. Nəzərə almaq lazımdır ki, bu tutulma zamanı həyatınıza daxil olan və çıxan hər kəs siiz özünüzə qaytarmağa çalışacaq. Bu tutulma effektlərini növbəti 4 il ərzində bol-bol yaşayacaqsınız. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png