ONN MEDİA

Teatr və kino sənətinin qüdrətli aktyorlarından Hamlet Xanızadə

Teatr və kino sənətinin qüdrətli aktyorlarından Hamlet Xanızadə
05 İyun 2019 - 10:15

Unutmayaq, unutdurmayaq!
5 iyun ( d.1941- ö. 23 yanvar 1990) teatr və kino sənətinin qüdrətli aktyorlarından biri olan əməkdar artist, respublika Dövlət mükafatı laureatı Hamlet Xanızadənin doğulduğu gündür.

Hamlet Bəbir oğlu Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Mirzəğa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.

Hələ tələbə olarkən onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət ediblər. Qeyri-adi istedadı ilə milyonlarla tamaşaçıların, dinləyicilərin, kino sevərlərin məhəbbətini qazanmış Hamlet Xanızadənin yaratdığı unudulmaz obrazlar milli teatrın həyatında hadisəyə çevrilmişdi. O, 1982-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüş, 1984-cu ildə isə Azərbaycan SSRİ Dövlət mükafatı laureatı olub.

Hamlet Xanızadə Hüseyn Cavidin “İblis”, “Xəyyam”, “Topal Teymur”, Səməd Vurğunun ”Vaqif”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”, Nazim Hikmətin “Şöhrət və ya unudulan adam”, Şekspirin “Antonio” və başqa tamaşalarda, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “İmtahan”, “Qoz qabağında şeytan balası”, “Şəhərin yay günləri”, “Babək”, “Nizami”, “Qətl günü” və onlarca başqa bədii filmlərdə unudulmaz, yaddaqalan obrazlar, xarakterlər yaradıb.

Görkəmli aktyorumuz Hamlet Xanızadə 3 fevral 1990-cı ildə 49 yaşında vəfat edib. Öz vəsiyyətinə qörə doğulduğu Şağan kənd qəbiristanlığında dəfn edilib

Allah rəhmət eləsin.


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP