ONN MEDİA

Yazıçı Cavi Dan İmadəddin Nəsimi haqqında roman yazır

Yazıçı Cavi Dan İmadəddin Nəsimi haqqında roman yazır
17 Yanvar 2019 - 18:29

Yazıçı Cavi Dan İmadəddin Nəsimi haqqında roman yazdığı barədə sosial şəbəkədə xəbər verib.

Yazıçı qeyd edib ki, “Ümid edirəm ki, “Şəms” böyük Nəsiminin 650 illiyinə hədiyyəm olacaq”. “Məhsəti” romanından sonra taleyi ədəbiyyat tariximizlə bağlı olan daha iki qadın haqqında roman yazmaq qərarına gəlib: “Biri Nizami Gəncəvinin həyat yoldaşı, qıpçaq gözəli Afaq haqqında, digəri isə İmadəddin Nəsiminin Şəmsi haqqındadır. “Afaq” romanı üçün materiallar toplamışam və Bakıya gəlib bəzi arxivlərdə araşdırmalarımı davam etdirəcəyəm. “Şəms”i isə hal-hazırda yazıram. Bildiyimiz kimi, Şəms yazıçı İsa Muğannanın təxəyyülünün məhsulu olan bir obrazdır. Azərbaycan tamaşaçılarına bu obraz İsa Muğannanın ssenari müəllifi olduğu “Nəsimi” filmindən, oxuculara isə yazıçının “Məhşər” romanından tanışdır”.

ONN informasiya agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP