ONN İnformasiya Agentliyi

Bu il nə qədər balıq ovlamaq olar?

Bu il nə qədər balıq ovlamaq olar?
20 Mart 2019 - 20:25
Nazirlər Kabineti 2019-cu il üçün “Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı”nı təsdiqləyib.

ONN media xəbər verir ki, balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvotanın) bölgüsü aşağıdakılardan ibarətdir:

1) Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar – 2 327,6 ton;

2) başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar -141,2 ton;

3) elmi tədqiqat və nəzarət məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar – 11,4 ton;

4) təhsil və maarifləndirmə məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar – 10,4 ton;

5) akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar – 27,276 ton.

Balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar bu əlavə ilə müəyyən edilmiş ümumi ov həcminə daxil edilib.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png