ONN MEDİA

Elmar İbrahimov: Fokusa baxmaq , əylənmək özüdə bir sağlamlıqdır-MÜSAHİBƏ (VİDEO)

Elmar İbrahimov: Fokusa baxmaq , əylənmək özüdə bir sağlamlıqdır-MÜSAHİBƏ (VİDEO)
22 Mart 2018 - 9:36

Tarixi çox qədimlərə gedib çıxan, hər zaman tamaşaçıları qeyri-adiliyi və möcüzələri ilə heyrətləndirən qədim sənət növlərindən biri də fokus-illüziyadır. Bu sənətdən danışan zaman hər birimizin gözü önündə rəngarəngliklə dolu bir dünya, xəyal aləmimizdə canlandırdığımız və reallıqdan uzaq olan maraqlı bir həyat və aləm durur. Bu sənətlə daha yaxından tanış olmaq üçün, uzun illərdir ki, fokusun sirli sehrli dünyasına qərq olmuş, hər kəsin Sehrbaz kimi tanıdığı istedadlı illüzionist  Elmar Ibrahimov  ONN media-nın həmsöhbəti oldu. Onunla birgə, illərdir ki, insanların sirrini öyrənməyə çalışdığı fokus sənətinin tarixinə və bu gününə nəzər saldıq.


Elmar bəy , hansı  illuziyanız  daha  çox  insanlara  maraqlıdır?


-Çox  maraqlı  sualdır. Bu  işə  yeni   başlayanda  hər  kəs  deyirdi  ki, “Pulu  çoxalda  bilərsən?”  Mən də  cavab  verirdim ki, bunu  edə  bilsəm  heç  dərdim  olmaz (gülür).  İlk  başda  fokuslarım  yaxşı  alınmırdı. Belə  bir  şey  var  idi,  kağızı  yandırırdın, küldən  pul  çıxarırdın  üst – baş  çirkli  olurdu  amma  sonra  illər  keçdikcə  yaxşı  formada  hazırladım  və  indi də  onu  göstərirəm. İnsanlar  tərəfindən  ən  çox  bəyənilən   və  istənilən  illuziyamdır.


Bu  istedadı  özünüzdə  nə  zaman   hiss  etmisiz?


-Birinci, ikinci  sinifdə  oxuyarkən  hiss  etmişdim.  O,  vaxtdan  qeyri – adiliyə  can  atırdım. Əslində  bilmirəm  haradan  yaranıb  bu  istedad  amma  incəsənətə  əvvəldən  marağım  olub.  Allah  tərəfindən  verilən  qismət, ilahi  gözəllikdir.


Bəs  kimlərsə  hansısa  illuziyanızı  öyrənmək  istəyib?


-Bəli  olub,  ən  çoxda  pulu  çoxaltmaq  illuziyasını  öyrətməyimi  istəyiblər. Onlar  elə  bilirlər ki,  həqiqətən  bunlar  olur,  məcbur  olursan  xırdalığına  kimi  açıb  deməyə  buda  illuziyanı maraqsızlaşdırır.  Elə  insan  olub  ki,  dəfələrlə  zəng  vuraraq  “Müəllim  nə  istəsən  verərəm  bunu  öyrət  mənə”  deyib.  Çağıraraq  göstərmişəm , sirrini  açmışam  gördükləri  kimi  olmadığını görüb  gediblər  və  bir  daha  da  zəng  vurmayıblar.  İnsanlar  bu  sənəti  incəsənət  kimi  qəbul  edəndə  daha  xoş   olur  mənə.


Bu sənətin  çətinlikləri  nələrdir?


-Çətinlik  odur  ki, bu  sənət  heç  zaman  ələ  yatmır,  bir  çox  iş  belədir.  Evdə  bir  fokusu  dəfələrlə  məşq  edirəm,  alınır  və  sabah  bu  fokusu   insanlara  təqdim  edəcəm  deyirəm  amma   səhərsi  əlimi  atıram  ya  əlimdən  yerə  düşür,  ya  da  söyləyirlər  ki,  gördüm.  Gəlirəm  yenidən  məşq  edirəm,  yenə  əlimə  yatmır.  Amma  zamanla  məşq  etdikcə   əlinə  alışır  və  sənin  olur,  yavaş-yavaş  insanlar  bunu  qəbul  edir. Bu  artıq  sevimli  nömrələrindən  birinə  çevrilir,  həmişə  istifadə  edə  bilirsən.


Sizcə  yetəri  qədər  Azərbaycanda  maraq  varmı  bu  sənətə?


-Nəyin  ki,  Azərbaycanda  bütün  dünyada  maraq  var.  Səhnə  fokuslarım  var,  mən  neçə  illərdir  hərbi  hissələrdə,  konsert  proqramlarında  çıxış  edirəm.  Hərbiçilərmizə  asudə  vaxtlarını daha maraqlı keçirmələri üçün tez-tez onlara baş çəkirəm. Dövlət  tədbirlərində,  uşaq  və  qocalar  evlərində   çıxışlarım  olub.  Çox  sevirlər  bu  sənəti, düzdü  bu  sahə   bizdə  çox  açılmayan,  təbliği  az  olunan  sahədir.  Lakin   biləndə  ki,  fokusyoram  maraqla işlərimi  izləmək  istəyirlər. İnanın  uşaqlı, qocalı  hamının  möcüzəyə,  qeyri-adiliyə  marağı  çoxdur,  bu  bütün  dünyada  belədir.  Bunun  maraqlı  cəhədi  ondadır  ki,    bu  sənətə  tərcümə  lazım  deyil,  hansı  ölkədən  olurlarsa – olsunlar    sadəcə  əlinlə  göstərmək  kifayət  edir. Həm  də  gözəlliyi  ondadır  ki,  uşaqlar,  gənc  nəsil,  yaşlı  nəsil  sevir.  Bundan  gözəl  istirahət  ola  bilməz.


Elə  olub ki, hansısa  illuziyanız  tamaşaçılar  qarşısında  alınmayıb?


-Çox  olub, lakin  bunu  tamaşaçı  hiss  etməyib.  Elə  anlayıblar  ki,  bu   belə  də  olmalıdır. Çünki  əvvəlcədən  demirsən  ki,  bu  cür  olmalıdır. Bu  sənətin  qanunları  var,  heç  zaman  şoka  düşməməlisən  sadəcə  gülərək  növbəti  fokusa  keçməlisən.  Yeni –yeni   başlayanda  tərəddüt  edirdim,  səhnəyə  kimi  çıxaracam, bu  sahəni  bilən  biri  gəlsə  və  səhvlərimi   tutsa  nə  edəcəm  deyirdim.  Amma  qorxularım zamanla  keçdi.


İşinizin  sevdiyiniz  və  sevmədiyiniz  tərəfləri?


-Maraqlı  sualdır. Sevdiyim  tərəfi   insanlar ruh  yüksəkliyi  aldıqca, sevindikcə, güldükcə,  əyləndikcə  özündə  sevinirsən.  Gülmək,  əylənmək  özüdə  bir  sağlamlıqdır. İnsanı  gəncləşdirir,  yaşadır. Sevmədiyim  tərəfi  isə  odur  ki,  bir  də  görürsən  kart  fokusu  göstərirəm  deyirlər  ki,  “Gedək  kart  oynayaq,  sən  bizdən  oyna  biz  qazanaq”   bunun  kimi  bir  çox  şeylərlə  qarşılaşıram.  Tez-tez  maddi  tərəfə  qaçırlar,  biri  maraq  üçün,  bəziləri  isə  həqiqətən  elə  bilirlər ki,  bunları  etmək  mümkündür.  Onları  inandırmaq  məcbüriyyətində  qalırsan  ki,  bu  sadəcə  fokusdur. Sevmədiyim  tərəfi  budur.

Mədəniyyət və Turizm Nazirliyi illuziya sənəti üzrə hər hansı bir cəmiyyəti yaratmaq fikiri varmı?

-Bu haqda mən heç nə deyə bilmərəm, amma yaradılsa çox sevinərdik.


Öz  sənətinizi  kiməsə  öyrətmək  istərdiz?


-Çox  insan  olub  məşqul  olmuşam,  bir  ay  gəlib-gedib.  Bu  sənət  elədir  ki,   yoluna  saldı, təməlini  bildi, davamlı  olaraq  özü  öyrənir  yəni  bu  sənətə  yiyələnmək  özündən də  aslıdır. Bir  neçə  tələbəmiz  var  idi ki,  Türkiyədə  “Yetenek  Sizsiniz”  yarışmasına  qədər  gedib  çıxmışdı.


Ümumiyyətlə Bu qeyri-adi sənət üzrə fəxri adlar varmı?


-Əlavə  etmək  istəyərdim  ki, bu  sənətdə  qonşu  ölkələrdə fəxri adları olanlar var. Neçə  illərdir ki,  bu  sənətlə  əsgərlərin,  uşaq  və  qocalar  evlərində  insanların  qarşısına  çıxıram və çox maraqla qarşılanır.  Bir  balaca  sənətim  qiymətləndirilsə  çox  şad  olardım, gələcəkdə  daha  da  ruh  yüksəkliyi  olardı. Hörmətli  prezidentimiz  İlham  Əliyev  iki  dəfə  bacarığımı maraqla izləyib  və  bu sənəti  bəyənib.  Mədəniyyət  və  Türizim  nazirimiz də  əvvəllər  dəfələrlə   mənə  baxıb  və o da bu sənətə önəm  verib.  Əsas  odur  ki,  əmin – amanlıq  olsun, can  salığı  olsun. Hər  zaman  prezidentimizi  dəstəkləyirik,  ona  bu Prezident seçkisində qələbə  arzu  edirəm,  çünki bizim  üçün  hər  zaman  əmin – amanlıq  yaradıb.


Çox  sağ olun,  mənim  üçün  çox  maraqlı  oldu.


Siz  sağ olun.


Səidə  Seyidova

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP