ONN MEDİA

Prezident tapşırıqlar verdi – maaş və pensiyalar artacaq (VİDEO)

Prezident tapşırıqlar verdi – maaş və pensiyalar artacaq (VİDEO)
30 May 2019 - 11:55

Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətin siyasəti davam etdiriləcək. Son illər maaş və pensiyaların dəfələrlə artmasına baxmayaraq bu proses davam edəcək.

ONN media xəbər verir ki, bu barədə millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması ölkə prezidentinin daxili siyasətində hər zaman prioritet istiqamət olub. Bunun nəticəsidir ki, bu il Azərbaycanda sosial müdafiə və sosial rifah ili kimi başlayıb.

Musa Quliyevin sözlərinə görə, təkcə əmək haqqı və pensiyaların artırılması deyil, həmçinin məcburi köçkünlərin problemlərinin həlli, onların mənzillərlə təmin edilməsi kimi məsələlər də mərhələli şəkildə həllini tapır.

Millət vəkili deyib ki, sosial islahatların aparılması başlıca olaraq iqtisadi inkişafla bağlıdır. Çünki iqtisadi inkişaf nəticəsində maddi imkanların yaranması sosial proqramların həllinə imkan yaradır.

Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


ONN informasiya agentliyi

image_print Çap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png

© Müəllif hüquqları qorunur. Powered by ONN GROUP