ONN İnformasiya Agentliyi

Ərdoğandan Novruz MESAJI

Ərdoğandan Novruz MESAJI
20 Mart 2019 - 23:54

Baharın ölkəmizdə və ortaq mədəniyyətlərin olduğu hər yerdə sevgi və dostluq şəraitində bayram olaraq qeyd olunmasını istəyirik.

ONN media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı ilə bağlı təbrikində bildirib.

“Baharın gəlişi mənim üçün bütün fərqləri aradan qaldırmaq deməkdir. Baharın gəlişinin simvolu olan Novruz gününüzü təbrik edirəm. Biz həmişə Novruzun təmsil etdiyi diriliş ruhuna sahib olmuşuq və bölgəmizdə, dünyadakı pisliklərə baxmayaraq öz tariximizdən aldığımız güclə mübarizə aparacağıq. Bolluq və bərəkətin bayramı Novruzun əziz millətimiz üçün gözəlliklər gətirməsini diləyirəm”, – Ərdoğan Novruz mesajında deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png