ONN İnformasiya Agentliyi

2019-cu il BƏƏ dövlətində Tolerantlıq İlidir

2019-cu il BƏƏ dövlətində Tolerantlıq İlidir
23 Yanvar 2019 - 16:06

Birləşmiş Ərəb Əmirlikləri dövləti tolerantlıq, sülh, təhlükəsizlik, multikulturalizm dəyərlərinin beşiyi hesab olunur. Belə ki, burada 200-dən artıq millət hörmət və ehtiram şəraitində yaşayır. Bu çərçivədə BƏƏ dövlətinin qanunları hörmət, ədalət və bərabərlik, cinayətə və şovinizmə, həmçinin ayrı-seçkiliyə və ixtilaf yaratmağa nifrəti təbliğ edir.

BƏƏ dövləti zorakılıq, ekstremizm və ayrı-seçkiliklə mübarizə sahəsində bir sıra beynəlxalq konvensiya və müqavilələrin əsas tərəfdaşı hesab edilir. O özündə şərq və qərb sivilizasiyalarını ehtiva edən və sülhün möhkəmlənməsi, xalqların bir-biri ilə yaxınlaşması baxımından qlobal paytaxta çevrilmişdir.

15 dekabr 2018-ci il tarixində Əlahəzrət Şeyx Xəlifə bin Zayed 2019-cu ili Birləşmiş Ərəb Əmirliklərində Tolerantlıq İli elan etmişdir. Bu BƏƏ dövlətinin tolerantlıq sahəsində qlobal paytaxt olmasının ən bariz nümunəsi və dövlətin qurucusu Şeyx Zayed kursunun davamıdır. Həmçinin tolerantlıq, dialoq və müxtəlif mədəniyyətlərə açıq olma dəyərlərinin dərinləşdirilməsinə hədəflənən əsaslı və davamlı bir prosesdir.

Tolerantlıq ili 5 əsas hədəf üzərində mərkəzləşəcək:

1. Cəmiyyətdə müxtəlif xalqlar və mədəniyyətlərə açıq olmaq və tolerantlıq dəyərlərinin gənc nəslin diqqətini çəkərək dərinləşdirilməsi;

2. Bir sıra təşəbbüslərin və böyük layihələr, o cümlədən tədqiqatların həyata keçirilməsi ilə BƏƏ dövlətinin qlobal tolerantlıq paytaxtı statusunun yaradılması;

3. Bir sıra sosial təşəbbüslərin və müxtəlif mədəniyyətlərin vasitəsi ilə mədəni tolerantlıq;

4. Mədəni, dini və sosial tolerantlıq dəyərlərinin gücləndirilməsinə yönəlmiş qanunların tətbiqi;

5. Tolerantlığın təşviqinin gücləndirilməsi və bu məqsədlə media vasitəsi ilə digər təşəbbüslərin həyata keçirilməsi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png