ONN İnformasiya Agentliyi

ACI XƏBƏR gəldi: 24 ölü, 55 yaralı

ACI XƏBƏR gəldi: 24 ölü, 55 yaralı
23 May 2019 - 15:16

İranda ölkənin böyük qismini təsiri altında saxlayan şiddətli yağış və fırtına nəticəsində insan tələfatı artıb.

ONN media xəbər verir ki, təbii fəlakət nəticəsində 24 nəfər ölüb, 55 nəfər xəsarət alıb.

Bu barədə İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Müctəba Xalidi yazılı açıqlama verib.

Açıqlamada Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Çaharmahal Bəxtiyari, İsfahan, Kirmanşah, Kürdüstan, Fars, Xuzisitan, Kirman, Loristan, Mərkəzi, Kohkiluye-Buyer Əhməd və Gilan əyalətlərində mayın 8-dən etibarən başlayan fırtına və yağışlar nəticəsində tələfatın qeydə alındığı bildirilib.

Ölənlərdən 4-ü sel aparıb. 20 nəfər isə ildırım vurması nəticəsində dünyasını dəyişib.

İran Qırmızı Aypara Cəmiyyətinin Axtarış və Xilasetmə Təşkilatının sədri Mürtəza Səlimi əlverişsiz hava şəraitinin hökm sürdüyü 83 şəhər və kəndə humanitar yardım göndərdiklərini açıqlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png