ONN İnformasiya Agentliyi

Arvadı Eserdən yeni villa istəyir

Arvadı Eserdən yeni villa istəyir
19 May 2019 - 20:25

Aktyor Eser Yenenler uzun müddətdir sevgili olduğu Berfu Yıldıza fevralda getdikləri Finlandiya tətilində evlilik təklifi etmişdi.

ONN media xəbər verir ki, nişanlanan cütlük qısa vaxt keçmədən nikah masasına oturub. Yıldızın hamilə olduğu üçün cütlüyün tez bir zamanda evləndiyi ortaya çıxıb. Onlar Ramazan bayramından sonra, iyunun 9-da toy etməyə hazırlaşırlar.

Yenenler Berfu ilə tanış olmadan əvvəl Levent səmtindəki villasında verdiyi partilərlə gündəmə gəlmişdi. Buna görə də təzə gəlin əri ilə həmin evdə yaşamaqdan imtina edib. Evinin birinci mərtəbəsini diskoteka edən Eser yeni ev axtarmalı olub.

Cütlük Kemerburgaz və ya Göktürkdə villa axtarışına çıxıb. Yenenler uşağını təbiət qoynunda böyütmək istədiyini də gizlətməyib.(axşam)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png