ONN İnformasiya Agentliyi

Deputat köməkçisi Əliyev və Putinin imzasını saxtalaşdırdı- VİDEO

Deputat köməkçisi Əliyev və Putinin imzasını saxtalaşdırdı- VİDEO
15 Fevral 2019 - 11:16

Dağıstan polisi məmur vəzifələrini “satan” 32 yaşlı Beytulla Cavadovu saxlayıb. 
 
ONN media xəbər verir ki, onun dələduzluq əməllərindən 10-a yaxın insanın zərər çəkdiyi müəyyən edilib. 
 
Fırıldaqçı bu xidmətlərə görə şəxslərin təxminən 15 milyon rublunu (380 min manata yaxın) mənimsəyib. Cavadov məmur postlarının satışına Dağıstan parlamentinin deputatı Leyla Kərimovanın köməkçisi olduğu vaxtdan başlayıb. 
 
“Müştərilərinə” öz imkanlarını sərgiləmək üçün Azərbaycan və Rusiya prezidentləri adından saxta fəxri fərmanlar, respublikanın yüksək vəzifəli rəsmiləri ilə çəkdirdiyi şəkilləri və adı üzərində yazılmış bahalı saatları göstərib.
 
Bundan başqa, B.Cavadov bəzi zərərçəkənlərə pul müqabilində dövlət proqramı əsasında evlə təmin olunmalarına vasitəçilik etməyi vəd edib. 
Ona qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 91-ci maddəsinə əsasən, cinayət işi açılıb. Bakupost
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png